AZ

“Qarabağ”ın mümkün rəqibləri: “Linkoln”dan “Linfild”ə qədər

Çempionlar Liqasının Çempionlar yolunun ilk iki püşkatma mərasiminə qatılacaq 38 komandadan 27-si bəllidir.

İdman.biz xəbər verir ki, I təsnifat mərhələsinin 28 iştirakçısından 23-ü, birbaşa II təsnifat mərhələsindən yarışa start verəcək 10 klubdan 4-ü dəqiqləşib.

Azərbaycan çempionu “Qarabağ” da ilk raunddan azad olan klublar sırasında yer alıb. Qurban Qurbanovun yetirmələri püşkatmada səpələnmişlərdən olacaq.

Təmsilçimizin mümkün rəqibləri əsasən I təsnifat mərhələsinin cütləridir. “Linkoln”, “Kuopio”, TNS, “Drita”, “Breydablik” və “Linfild”in yer aldığı cütün qalibləri çempionumuzla qarşılaşa bilər.

Çempionlar Liqası
Çempionlar yolu
I təsnifat mərhələsi

Səpələnmişlər
“Ludoqorets” (Bolqarıstan)
Rumıniya çempionu
“Malmö” (İsveç)
“Jalgiris” (Vilnüs, Litva)
RFS (Latviya)
Bosniya və Herseovina çempionu
“Linkoln” (Cəbəllütariq)
“Kuopio” (Finlandiya)
Sloveniya çempionu
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)

Səpələnməmişlər
“İnter” (Andorra)
“Şkendiya” (Şimali Makedoniya)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Hamrun Spartans” (Malta)
“Kayrat” (Qazaxıstan)
“Noa” (Ermənistan)
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
Albaniya çempionu
Malta çempionu
“Virtus” (San Marino)

Qeyri-müəyyənlər
“Buduçnost” (Monteneqro)
Moldova çempionu

II təsnifat mərhələsi
Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)
“Slovan” (Slovakiya)
Danimarka çempionu
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets”in yer aldığı cütün qalibi
Rumıniya çempionunun yer aldığı cütün qalibi

Səpələnməmişlər
“Linkoln”un yer aldığı cütün qalibi
“Kuopio”nun yer aldığı cütün qalibi
TNS-in yer aldığı cütün qalibi
“Drita”nın yer aldığı cütün qalibi
“Breydablik”in yer aldığı cütün qalibi
“Linfild”in yer aldığı cütün qalibi

Qeyri-müəyyənlər
İsrail çempionu
“Pafos” (Kipr)
Polşa çempionu
Xorvatiya çempionu
Ukrayna çempionu
Macarıstan çempionu
I təsnifat mərhələsinin 6 cütünün qalibi

Liqa yolu
II təsnifat mərhələsi
Səpələnmişlər

“Reyncers” (Şotlandiya)
Səpələnməmişlər
“Brann” (Norveç)
Qeyri-müəyyənlər
“Panatinaikos” (Yunanıstan)
Çexiya vitse-çempionu
Avstriya vitse-çempionu
İsveçrə vitse-çempionu

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
0
2
idman.biz

10Mənbələr