RU

"Real"ın futbolçusu "Barselona" ilə matçdan sonra kütləvi təhqirlərə məruz qalıb

İspaniyanın "Real" klubunun futbolçusu Viktor Munyos "Barselona"ya qarşı keçirdikləri La Liqanın XXXV turunun oyunundan sonra kütləvi təhqirlərə məruz qalıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, azarkeşlər qarşılaşmanın ardından 21 yaşlı vingerin sosial şəbəkə hesabındakı paylaşımlarına şərhlər yazıblar.

İspaniyalı oyunçu həmin yazıları silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Real" "El-Klasiko"da rəqibinə 3:4 hesabı ilə uduzub. Viktor Munyos görüşün 88-ci dəqiqəsində meydana daxil olub. Bundan sonra o, qapıçı ilə təkbətək qalsa da, fürsətdən yararlana bilməyib.

Избранный
0
report.az

1Источники