RU

"Qarabağ"ın UEFA Çempionlar Liqasında mümkün rəqibi bəlli olub

Çempionlar Liqasında yarışacaq "Qarabağ"ın daha bir mümkün rəqibi bəlli olub.

FCSB Rumıniya çempionu titulunu qazanıb.

Onların rəqibləri "Universitatya Krayova" və ÇFR heç-heçə oynadığından komanda vaxtından əvvəl titula sahib olub. FCSB ardıcıl ikinci, tarixində isə 28-ci dəfə Ruminıya çempionu olub.

Qeyd edək ki, Qarabağ və FCSB bu mövsümdə Avropa Liqasında qarşılaşmış və rumınlar Bakıda 3:2 hesabı qalib gəlmişdilər.

Избранный
0
2
cbcsport.az

3Источники