AZ

"Qarabağ"ın Çempionlar Liqasında daha bir mümkün rəqibi bəlli olub

Çempionlar Liqasında yarışacaq "Qarabağ"ın daha bir mümkün rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, FCSB Rumıniya çempionu titulunu qazanıb.

Onların rəqibləri "Universitatya Krayova" və ÇFR heç-heçə oynadığından komanda vaxtından əvvəl titula sahib olub. FCSB ardıcıl ikinci, tarixində isə 28-ci dəfə Ruminıya çempionu olub.

Qeyd edək ki, Qarabağ və FCSB bu mövsümdə Avropa Liqasında qarşılaşmış və rumınlar Bakıda 3:2 hesabı qalib gəlmişdilər.

İdman.biz

Seçilən
0
2
idman.biz

3Mənbələr