RU

Şirvanda motosikletlə yük maşını toqquşub, ölən və yaralanan var - YENİLƏNİB

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi insan itkisi ilə nəticələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza H.Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, motosikletlə yük maşınının toqquşması nəticəsində Şirvan sakini, 1975-ci il təvəllüdlü Kərimov Azər Əlifağa oğlu hadisə yerində həyatını itirib. Şirvan sakini, 1993-cü il təvəllüdlü Qambayev Zahid Oruc oğlu isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


***
05:32

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza H.Əliyev prospektində qeydə alınıb.

Motosikletin yük maşını ilə toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
3
apa.az

6Источники