AZ

Şirvanda motosikletlə yük maşını toqquşdu: Ölən və yaralanan var

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza H.Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, motosikletlə yük maşınının toqquşması nəticəsində Şirvan sakini, 1975-ci il təvəllüdlü Kərimov Azər Əlifağa oğlu hadisə yerində həyatını itirib. 

Şirvan sakini, 1993-cü il təvəllüdlü Qambayev Zahid Oruc oğlu isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)


Bizim.Media

Seçilən
0
3
bizim.media

6Mənbələr