RU

Yeni müqavilə imzalamaq RAZILIĞINA GƏLDİLƏR

“Real”ın qapıçısı Tibo Kurtua Madrid klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər praktiki olaraq əməkdaşlığı 2027-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəliblər.

Futbolçunun hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir, lakin “Real” onun gələcəyini indidən təmin etməyə çalışır.

33 yaşlı qolkiper madridlilərin heyətində əsas qapıçı olaraq qalır. O, bu mövsüm bütün yarışlarda 44 oyun keçirib, 14 dəfə qapısını toxunulmaz saxlayıb və 50 top buraxıb.

“Real” hazırda 75 xalla La Liqanın turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda növbəti matçını mayın 11-də “Barselona”ya qarşı keçirəcək.

Избранный
0
sportinfo.az

1Источники