RU

Sibirdə neft-qaz yatağında yanğın baş verib, qazma qurğusu çöküb

Sibirdə yerləşən “Xarampurneefteqaz” yatağında baş vermiş yanğın nəticəsində qazma qurğularından biri çöküb.

APA xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, mayın 10-da axşam saatlarında iki neft-qaz quyusunda yanğın başlayıb. Nəticədə qazma qurğularından biri tamamilə dağılıb.

Yanğın zamanı üç nəfər xəsarət alıb. Onların hər üçü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Избранный
0
1
apa.az

2Источники