Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İtaliyanın paytaxtı Romada səfərdədir.
News365.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti İtaliyanın paytaxtı Romada yerləşən "Villa Borghese" parkında olub.
Bu zaman L.Əliyeva görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həmin parkda ucaldılmış heykəli də ziyarət edib.