RU

Diniyev bir hissə oynadı, “İstanbulspor”a uduzdular

Türkiyə birinci liqasında 38-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “İstanbulspor”la qarşılaşıb.

Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Diniyev meydana start heyətində çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

Hazırda “Çorum” 54 xalla 10-cu pillədə qərarlaşıb.

Избранный
0
24
sportinfo.az

10Источники