RU

“Məşqçilərin öz istəyidi” - “Baku Sportinq” təkzib etdi

Ötən günlərdə mətbuatda yayılan məlumatlara inansaq, “Baku Sportinq”in baş məşqçisi Elmar Sultanov köməkçi məşqçiləri texniki zonadan qovub, yanında oturmalarını istəməyib.

Bu məqamı dəqiqləşdirmək üçün buzovnalıların mətbuat xidmətinin rəhbəri Araz Əhmədovla əlaqə saxladıq:
“Təbii ki, belə şey yoxdu. Yalandı, təkzib edirik. Məşqçilərin öz istəyidi. Qapıçı məşqçisi var, köməkçi məşqçi var. Qapıçı məşqçisi oyun zamanı hər iki tərəfdən qapıçıya yaxın olmaq üçün tribunada əyləşir. Heç bir qadağa yoxdu”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
0
football-plus.az

1Источники