"Barselona" qadınlardan ibarət futbol klubu İspaniya çempionu olub.
Offsideplus.az xəbər verir ki, onlar sona 1 tur qalmış bunu bacarıb. Katalon klubu 29-cu turda səfərdə "Betis"ə 9 cavabsız top vurub.
"Blauqrana" ən yaxın rəqibi "Real"ın 6 xal önündə çempionluğunu elan edib.
"Barselona" ardıcıl 6-cı dəfə ümumilikdə isə 10-cu titulunu qazanıb.