RU

Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır - Zelenski

Ukrayna Rusiya ilə danışıqlara hazırdır. Amma buna qədər Moskva mayın 12-dən atəşkəsi təsdiqləməlidir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinin İstanbulda birbaşa danışıqlar təklifinə cavab olaraq bildirib.

O, rusiyalıların müharibəni bitirmək barədə düşünmələrini “yaxşı əlamət” adlandırıb. Eyni zamanda, Zelenski qeyd edib ki, istənilən müharibəyə son qoyulması üçün ilk addım atəşkəsdir.

Xatırladaq ki, mayın 10-da Kiyevdə "Avropa koalisiyası" liderlərinin görüşü baş tutub. Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər.

Избранный
0
6
qaziler.az

10Источники