RU

"Əl-İttihad"a məğlubiyyət Ronaldoya baha başa gəldi - danışıqlar dayandırıldı

Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda "Əl-İttihad"la oyundan (2:3) sonra "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun davranışı klub rəhbərliyinin narazılığına səbəb olub. 

90deqiqe.Az-ın “Marca” nəşrinə istinadən yaydığı məlumata görə, bu hadisədən sonra Ronaldo ilə "Əl-Nəsr" arasında yeni müqavilə ilə bağlı danışıqlar tamamilə dayandırılıb. Halbuki, daha əvvəl futbolçunun tərəfdaşlığı iki mövsüm uzatmağa razılıq verdiyi bildirilirdi.

Qeyd edək ki, final fitindən sonra meydanı tərk edən portuqaliyalı futbolçu aqressiv jestlərlə nəticədən narazılığını ifadə edib.

Hücumçunun klubla hazırkı əmək müqaviləsi gələn ilin yayında başa çatır. Səudiyyə Ərəbistanı Pro Liqasında 3 tur qalmış "Əl Nəsr" lider "Əl İttihad"dan 11 xal geri qalır.

Избранный
0
90deqiqe.az

1Источники