La Liqada 35-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi matçında "Barselona" "Real"ı qəbul edəcək. Bu qarşılaşma sayca mövsümün 4-cü "El-Klasiko"su olacaq.
"Blauqrana" ilk 3 görüşün hamısında qələbə qazanıb və bu matçlarda 12 qol vurmağı bacarıb.
"Barselona" son 4 tura "Real"ın 4 xal önündə daxil olur. Bugünkü oyunda qələbə qazanarlarsa, 28-ci çempionluğa çox yaxınlaşacaqlar.
"Kral klubu" üçün isə bu görüş çempionluğu qazanmaq üçün sonuncu şansdır.
Qarşılaşma Bakı vaxtı ilə 18:15-də start götürəcək.