RU

Panasonic 10 min nəfəri işdən çıxaracaq

"Panasonic Holdings" Yaponiya da daxil olmaqla 10 min nəfəri işdən çıxaracağını bildirib.

Elektronika istehsalçısı "Panasonic"in verdiyi açıqlamada şirkətin işçi sayısında ixtisar olunacağı qeyd olunub.

Bəyanatda, şirkətin ölkə daxilində 5 min, xaricdə isə 5 min olmaqla ümumilikdə 10 min nəfərin işinə son verəcəyi bildirilib. Açıqlamada, “Şirkət əməliyyat səmərəliliyini artırmaq üçün satış və dolayı şöbələrə fokuslanaraq genişmiqyaslı təhlil aparacaq və işçi sayısını yenidən təşkil edəcək,” – deyə vurğulanıb.

Bəyanatda həmçinin bildirilib ki, yeni qərar çərçivəsində mənfəət gətirməyən və zərər edən fəaliyyətlər dayandırılacaq. İşdən çıxarılma prosesi əsasən 2025-ci maliyyə ilində həyata keçiriləcək və 2026-cı ilin martında başa çatacaq.

Orxan Vahidoğlu, "İki sahil"

Избранный
0
ikisahil.az

1Источники