RU

Kolumbiya Panamanın eks-prezidenti Martinelliyə sığınacaq verib

Kolumbiya hökuməti bir ildən çoxdur Panamanın Nikaraqua səfirliyində gizlənən Panama eks-prezidenti Rikardo Martinelliyə sığınacaq verib.

“Report” xəbər verir ki, bu barədə Kolumbiya XİN-in sosial şəbəkə hesabında bildirilib.

“Kolumbiya Respublikasının Prezidenti Qustavo Petro Urreqo Panamanın keçmiş prezidenti Rikardo Alberto Martinelli Berrokala siyasi sığınacaq verib və bu qərar qonşu ölkənin hökumətinə lazımi qaydada çatdırılıb”, – Kolumbiya XİN vurğulayıb.

“Qərar insanın müdafiəsi prinsipinə və siyasi motivlərlə təqib olunan şəxslərin müdafiəsi üzrə Kolumbiyanın humanist ənənəsinə əsaslanır”, – qurum qeyd edib.

Rikardo Martinelli 2009-2014-cü illərdə Panamanın prezidenti olub. O, 2024-cü il fevralın 7-dən Panamadakı Nikaraqua səfirliyində gizlənir. Bu, keçmiş prezidentə “New Business” adlı sxem çərçivəsində “Grupo Editorial Epasa” media konqlomeratının alınmasına dövlət vəsaitlərinin qanunsuz xərclənməsi ittihamı ilə məhkəmənin yekun hökmündən sonra baş verib.

Martinelli 128 ay həbs cəzası alıb, həmçinin 19,2 milyon dollar məbləğində cərimə ödəməyə məcbur edilib. Məhkəmə ona prezident seçkilərində iştirak etməyi də qadağan edib, halbuki o, "Hədəfə çatmaq" partiyasından namizəd idi. Seçki yarışında onu Xose Raul Mulino əvəz edib, o, nəticədə qalib gəlib və hazırda dövlət başçısıdır.

Избранный
0
2
report.az

3Источники