RU

FİFA oyunlarda irqçiliyə görə cəzaları sərtləşdirdi


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbol oyunları zamanı irqçilik təzahürlərinə görə sanksiyaları sərtləşdirən FİFA İntizam Məcəlləsinin yeni versiyasını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, irqçiliyə görə maksimum cərimə bundan sonra 5 milyon İsveçrə frankı (təxminən 6 milyon dollar) olacaq.
Eyni zamanda, tribunada irqçilik halları baş verərsə, matçın hakimlərinə matçları vaxtından əvvəl dayandırmaq və vaxtından əvvəl bitirmək hüququ veriləcək.
Избранный
0
yeniavaz.com

1Источники