Venesuela prezidenti Nikolas Maduro mayın 10-da səhər saatlarında qatarla Sankt-Peterburqa gəlib və onu dəmir yolu vağzalında qubernator Aleksandr Beqlov qarşılayıb.
Publika.az xəbər verir ki, bu barədə “KP-Sankt-Peterburq” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Maduro və Beqlov Smolnı sarayında işgüzar görüş başlamazdan əvvəl səmimi şəkildə əl sıxışıblar.
“Bu gün burada, Fransisko de Mirandanın olduğu şəhərdə olmaqdan çox şadam, biz onun varisləriyik", - Venesuela prezidenti bildirib.