RU

Qlobal istiləşməyə zənginlər səbəb olurmuş...

Yeni araşdırmalar göstərir ki, dünya əhalisinin ən zəngin 10 faizi 1990-cı ildən bəri qlobal istiləşmənin üçdə ikisinə cavabdehdir.

Publika.az xəbər verir ki, bu barədə Sürix Texnologiya Universitetinin (ETH) tədqiqatçıları araşdırma aparıb.

Onlar gəlir qrupları arasında bərabərsizliyin birbaşa iqlim böhranını əks etdirdiyini vurğulayıblar.

Tədqiqatın aparıcı müəlliflərindən biri Sara Şönqart məsələyə aydınlıq gətirib: "Ən zəngin şəxslərin ekoloji izi aşağı və orta gəlirlilərinkindən dəfələrlə böyükdür ki, bu da iqlim təsirlərinin böyük hissəsini izah edir. Araşdırmaya görə, dünya əhalisinin ən zəngin 1 faizi ötən əsrdə həddindən artıq isti dalğalarına qlobal orta göstəricidən 26 dəfə çox qatqı verib”.

Избранный
0
1
publika.az

2Источники