RU

Ulu Öndərin 102-ci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub - FOTOLAR

Hər il Respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da Ulu Öndərin doğum günü münasibəti ilə silsilə tədbirlər keçirilir, xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin memarının əziz xatirəsi dərin ehtiramla yad edilir. 

"Unikal" xəbər verir ki, əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzlüb. Mərkəzin qarşısında Ümummilli Liderin xatirəsinə həsr olunmuş kitab və rəsm sərgiləri təşkil olunub, rayonun məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Mərkəzin böyük zalında “Konstitusiyamızın yaranmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən ümumrayon tədbirində məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumrayon tədbirini giriş nitqi ilə açan Ağstafa RİH başçısı Seymur Orucov qeyd edib ki, hər il 10 may Ümummilli Liderin doğum günü ölkəmizdə və onun hüdudlarından kənarda xüsusi hörmət və ehtiramla qeyd edilir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə edir.  Bu gün Ulu Öndərin ruhu şaddır. Onun illər boyu qurduğu möhkəm təməllər, düşünülmüş siyasət və milli həmrəylik sayəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə illərlə düşmən tapdağında qalan yurd yerlərimiz azad olundu, ölkəmizin suverenliyi təmin edildi. Ümumrayon tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin, müəllim və şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, xalq mahnıları və tarixi Zəfərə həsr olunmuş milli rəqslər ifa olunub.

Bu il də Ağstafada Ümumilli Liderin doğum gününə həsr olunmuş ənənəvi Veloyürüşə qoşulan ağstafalı yeniyetmə və gənclər yüksək fəallıq nümayiş etdiriblər. Ağstafa şəhərinin Hüseyn Arif - Rafiq Alıcanov küçələri - Heydər Əliyev prospekti marşrutu üzrə keçirilən ənənəvi Veloyürüşün açılış toplanışında çıxış edən RİH başçısı Ulu Öndərin ölkə idmanına, gənclərin sağlam həyat tərzinə, nümunəvi yaşam meyarlarına verdiyi xüsusi önəmdən söz açıb, yeniyetmə və gənclərin Vətənimizin gələcəyi naminə yüksək önəm kəsb edən bu ənənələrə sadiq qaldıqlarına əminliyini ifadə edərək Veloyürüş iştirakçılarına uğurlar arzu edib. Veloyürüşdə yüksək yerləri tutan velosipedçilər təltif olunublar.

Ağstafa rayonunun 12 bələdiyyə komandası arasında keçirilən minifutbol üzrə xatirə turnirinin final oyunu keçirilib, qaliblər mükafatlandırılıb.

Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin ərazisində təşkil edilən fləşmobda şagirdlər Ulu Öndərin anadan olmasının 102-ci ildönümünü ifadə edən “102” yazısını və ölkəmizin suverenliyini təcəssüm etdirən Azərbaycan xəritəsini nümayiş etdiriblər.


    


 

Избранный
0
50
unikal.az

10Источники