RU

“Dedim ki, Rusiyaya getmə, bütün günahlar anasındadır, gəlsin kömək edərəm, ölməmişəm ki” - ÖZƏL+FOTO

“Ceyhun Mirzəyevlə ailəvi yaxınlıq etmişik. Onun həyat yoldaşı rus vətəndaşı idi. Özü də məşhur prokuror idi. İmkanlı, “bərkgedən” xanım idi. Ceyhunun 40 mərasimini verəndən sonra qızını da götürüb, Bakıdakı ev-eşiyini satıb Rusiyaya köçdülər. Biz o vaxt ona mane olduq. Dedi ki, mənim əslim ordandır, qohumlarımız da ordadır, Ceyhundan sonra məni bura heç nə bağlamır. Bu gedişdən sonra bütün əlaqələrimiz kəsildi”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. O daha sonra əlavə edib:
 
“Ceyhunla universitet illərindən ölən gününə qədər bir yerdə olmuşuq. Amma qızı haqda heç bir məlumatım yoxdur. Niyə gedib orada küçələrdə yaşayır bilmirəm. Bütün bunlar anasının günahıdır. Gərək Azərbaycandan getməzdi. Pensiyaya çıxmışdı, vəkil kimi fəaliyyət göstərə bilərdi. İmkansız deyildi axı. Hər zaman sənətkarlarımıza, gənclərimizə, uşaqlara deyirəm ki, vətən də, xalq da ailədən başlayır. Ailənizi möhkəm, bərk tutun. Normal ailə qurub yaşayın. Cavanlıq illəri gəlib-keçir, haqq-ədalət gəlib başımızın üstünü kəsdirir və qalırıq pis günə. Qocalanda da əlimiz heç yerə çatmır. Mən həmişə bu fikirdə olmuşam ki, hər millət öz xalqının qızı ilə evlənməlidir. Kənar millətə qanı qatmaq olmaz. Yüzlərlə ailələr tanıyıram ki, pis gündədirlər. Dəyərlər, ölçülər fərqlidir. Bu söhbəti sizdən eşitdim. Məni qəhər boğur, ağlamaq tutur. Bu məsələni araşdırandan sonra lazım gələrsə aidiyyatı qurumlara, nazirliyə müraciət edərəm. Qayıdıb gəlsin mən kömək edərəm. Ölmüşəm bəyəm mən? Ceyhunun görün nə qədər dostları var?” deyə sənətkar bildirib.
 
Qeyd edək ki, sənətkarın qızının görüntüləri “Bizimləsən” verilişində yayımlanıb.
 
Избранный
0
moderator.az

1Источники