"Real"ın baş məşqçi postuna təyinatında artıq heç bir problem qalmayan Xabi Alonso artıq Madrid klubunun rəhbərliyindən iki futbolçunun transferini istəyib.
Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi və "Bayer"dən mövsümün sonunda ayrılacaq mərkəz müdafiəçisi Conatan Tanın xidmətində maraqlıdır.
Qeyd olunur ki, "Real"ın Subimendini transfer etməsi çətin olacaq, çünki futbolçunun "Arsenal" ilə keçid barədə razılaşması var. Lakin futbolçu özü "Real"da oynamaq istədiyini bildirsə vəziyyət dəyişə bilər.