RU

Ukraynaya qarşı döyüşməkdə məqsədimiz qardaşımızı qorumaqdır - Kim Çen

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsində KXDR-in iştirakının “əsaslı” olduğunu deyib və bunu onun “qardaş xalqı” müdafiə etmək suveren hüququnun ifadəsi adlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-ya istinadən məlumat yayıb .

"Münaqişədə iştirakımız ədalətli idi və respublikamızın suveren hüquqlarına aiddir. "Kursk əməliyyatında iştirak edən bütün igid əsgərləri qəhrəman və millətin şərəfinin ən yüksək nümayəndələri hesab edirəm", - Kim deyib.

O, həmçinin bildirib ki, ABŞ Rusiyaya qarşı “hərbi təxribatları” davam etdirərsə, Pxenyan hərbi gücdən istifadəyə icazə verməkdən çəkinməyəcək .

Bildirək ki, keçən il Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya 12 000, bu il isə böyük itki verərək daha 3 000 əsgər göndərib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
0
36
turkustan.az

10Источники