Pakistan öz hava məkanını müvəqqəti bağladığını elan edib.
Bu barədə GeoTV Pakistan Hava Limanları İdarəsinə istinadən məlumat yayıb.
Səlahiyyətli qurumun məlumatına görə, Pakistan Hindistanın zərbələri ilə əlaqədar təhlükəsizlik məqsədilə 03:15-dən (Bakı vaxtı ilə 02:15) 12:00-dək (Bakı vaxtı ilə 11:00) hava məkanını bütün uçuşlar üçün bağlayıb.
Qeyd edək ki, Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bəyan edib.