RU

İspaniyalı futbolçu “Arsenal”la anlaşdı

“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, o, “Arsenal”la ilk razılıq əldə edib.

İspaniyalı futbolçu “Liverpul”dan da təklif alsa da, London klubunu seçib. “Arsenal”ın Subimendi ilə 4 illik müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, 26 yaşlı oyunçu bu mövsümdə 44 oyunda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real Sosyedad”la müqaviləsi 2027-ci ilin yayında bitəcək.

Избранный
0
msport.az

1Источники