RU

"Pakistanla Hindistan arasındakı münaqişə Çin silahlarının sınaq meydanına çevrilib"

"Çin silahlarının tətbiqi artıq yalnız iki ölkə arasında deyil, regional güc balansını dəyişən amil kimi çıxış edir..."
 
Pakistanla Hindistan arasında baş verən son hava döyüşləri təkcə iki ölkə arasında qarşıdurma deyil, həm də Çin hərbi sənayesinin real döyüş şəraitində sınaqdan keçirilməsi üçün fürsətə çevrilib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Pakistan Hindistan qırıcılarını vurmaq üçün Çin istehsalı olan J-10C təyyarələrindən istifadə etdiyini açıqladıqdan sonra bu təyyarələri istehsal edən Çinin "AVIC Chengdu Aircraft" şirkətinin səhmləri 40 faiz artıb. Çin Xarici İşlər Nazirliyi isə bu məsələ ilə bağlı məlumatlı olmadığını bildirib.
 
CNN qeyd edir ki, Çin artıq onilliklərdir Pakistana silah tədarük edir və bu ölkəni "dəmir qardaş" adlandırır. 2022-ci ildə Pekin Pakistana J-10CE adlı müasir döyüş təyyarələrinin ilk partiyasını təqdim edib. Bu gün bu təyyarələr Pakistan Hərbi Hava Qüvvələrinin ən güclü və yeni texnikası sayılır.
 
Stockholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, son beş ildə Pakistanın silah idxalının 81 faizi məhz Çindən olub. Silah tədarükü ilə yanaşı, Çin və Pakistan birlikdə kompleks hərbi təlimlər də keçirir, bu zaman döyüş simulyasiyaları və heyət mübadiləsi həyata keçirilir.
 
Analitiklər hesab edir ki, bu münasibətlər fonunda Çin silahlarının Pakistan tərəfindən Hindistanla qarşıdurmada istifadə olunması Pekinin müdafiə sənayesi üçün ciddi imtahandır. ABŞ-da yerləşən Demokratiyanın Müdafiəsi Fondu təşkilatının eksperti Kreyq Sinqlton bildirib ki, Çin silahlarının tətbiqi artıq yalnız iki ölkə arasında deyil, regional güc balansını dəyişən amil kimi çıxış edir.
 
Pakistan beş Hindistan təyyarəsini vurduğunu iddia edir. Hindistan bu məlumatı təkzib etsə də, Fransa Müdafiə Nazirliyi Hindistanın ən yeni təyyarələrindən biri olan "Rafale" qırıcısının itirildiyini təsdiqləyib.
 
Ekspertlərə görə, əgər bu doğrudursa, deməli Pakistanın əlindəki Çin silahları Qərb istehsalı ən qabaqcıl sistemlərlə müqayisədə ən azı geri qalmır. Bu, eyni zamanda Çin silahlarının beynəlxalq bazarda nüfuzunu və etibarını artıracaq.
 
İndi Çin dünya üzrə silah ixracatını artırmağa çalışır və Hindistanla Pakistan arasındakı bu qarşıdurma faktiki olaraq onun hərbi texnologiyasının döyüşdə sınanmasına imkan yaradır.
Избранный
0
moderator.az

1Источники