“Goal” portalı UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmalarından sonra 2025-ci il üçün “Qızıl top” reytinqini yeniləyib.
Publika.az xəbər verir ki, siyahıya hələ də Paris Sen-Jermen klubunun fransalı cinah oyunçusu Usman Dembele başçılıq edir. Onun ardınca “Barselona”nın ulduz futbolçuları Lamin Yamal və Rafinya gəlir.
Reytinqdə dördüncü pilləyə PSJ-nin qapıçısı Cianluici Donnarumma yüksəlib. O, “Arsenal”a qarşı yarımfinal mərhələsində iki möhtəşəm oyun keçirməklə irəliləyib.
Beşinci yerə isə İngiltərə Premyer Liqasının 2024/25 mövsümündə çempion olmuş “Liverpul”un lideri və əsas qol silahı Məhəmməd Salah layiq görülüb.