RU

ADNSU-da Ho Şi Min Memorial otağı

Azərbaycan-Vyetnam dostluğunun simvolu olan tədbirdə iki ölkənin rəsmiləri iştirak ediblər

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ölkənin ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr olunmuş Memorial otağın açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan ilə Vyetnam arasında tarixi dostluğun və enerji sahəsində əməkdaşlığın simvolu olaraq təşkil olunub. Açılış mərasimində energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektoru dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, eləcə də hər iki ölkənin dövlət və hökumət nümayəndələri, alimlər və tələbələr iştirak ediblər.

Tədbirdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam, energetika naziri Pərviz Şahbazov və “PetroVietnam” şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung çıxış edərək Azərbaycan-Vyetnam münasibətlərinin tarixi inkişafından, enerji sahəsində uğurlu əməkdaşlıqdan və Ho Şi Minin bu əlaqələrin formalaşmasındakı ideoloji təsirindən bəhs ediblər.

Çıxışlarda Ho Şi Minin xalqlar arasında dostluq və həmrəyliyin təşəkkülündə oynadığı rola xüsusi vurğu edilib. Ardınca Memorial otağın rəsmi açılışı baş tutub. Otaqda Ho Şi Minin həyat və fəaliyyətini əks etdirən sənədlər, foto və materiallar, həmçinin Azərbaycan-Vyetnam enerji əməkdaşlığına dair tarixi sənədlər nümayiş olunub.

XQ

Избранный
0
7
xalqqazeti.az

10Источники