RU

Miqreni tətikləyən qidalar

Yediyimiz və içdiyimiz qidalar da daxil olmaqla, bir çox şey miqren tutmasına səbəb ola bilər. Universal miqren tətikləyicisi kimi bir şey olmasa da, bəzi insanlar müəyyən şeyləri yemək və ya içməyin miqren “hücumlarını” tətiklədiyini görürlər. Bəzi qida əlavələri, süni dadlandırıcılar, konservantlar və ləzzət artırıcılar miqren xəstələrində baş ağrılarına səbəb olur. Problem ondadır ki, qida tətikləyiciləri yüksək dərəcədə fərdiləşdirilmişdir və tədqiqatı çətinləşdirir. Ancaq bəzi insanlarda miqren epizodlarına səbəb ola biləcək və ya onu gücləndirə biləcək bəzi ümumi qidalar var.

Köhnə pendirlər

Qorqonzola, camembert və çedar kimi köhnə pendirlərin tərkibində tiramin adlı maddə var. Bu maddə yeməyin qalıb köhnəlməsi zülalların parçalanmasına səbəb olduqda meydana gəlir.

Pendir nə qədər çox qalıbsa, tiramin miqdarı bir o qədər yüksək olacaq. Tiramin ümumiyyətlə, miqren tətikləyicisi kimi göstərilən kimyəvi bir maddədir.

Yaşlı pendirlər kimi turşu və fermentləşdirilmiş qidalar da yüksək miqdarda tiramin ehtiva edə bilər.

Bu qidalara turşu, kimçi, kombuça, yalapeno turşusu daxildir.

Qurudulmuş və ya işlənmiş ətlər

Vetçina, sosis və kolbasa kimi qurudulmuş və ya işlənmiş ətlər miqren xəstəliyinə səbəb ola bilər. Onların hamısında rəng və ləzzəti qoruyan nitratlar adlanan konservantlar var.

Bu qidalar beyindəki qan damarlarını genişləndirdiyi və miqrenlərə səbəb olduğu düşünülən azot oksidini qana buraxa bilər.

Sitrus meyvələri

Portağal və digər sitrus meyvələri kimi yüksək miqdarda limon turşusu olan qidalar da baş ağrısı ilə əlaqələndirilir.

Bu qida qrupu hələ də müzakirə olunsa da, 2016-cı ildə edilən bir araşdırma sitrus meyvələrinin auralı miqren üçün əhəmiyyətli potensial tətikləyici olduğunu, lakin aurasız miqrenə aid olmadığını müəyyən edib. Miqren auraları titrəyən işıqlar, ziqzaq xətlər və ya kor nöqtələr kimi vizual simptomlardır.

Nubar Süleymanova, “İki sahil”

Избранный
0
2
ikisahil.az

7Источники