RU

“Neftçi” qalib gələrək final seriyasında hesabı bərabərləşdi - FOTO

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.

Bizim.Media xəbər verir ki, bu gün həlledici mərhələnin 4-cü matçı baş tutub. Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib.
 

Qarşılaşma Bakı İdman Sarayında keçirilib. “Sabah” 3-cü qələbə ilə çempionluğa bir addım da yaxınlaşmaq, “Neftçi” seriyadakı hesabı bərabərləşdirməyə çalışıb.


İlk dəqiqələrdən üstünlük qazanan "ağ-qaralar" sonadək bundan istifdə ediblər. Fərqli qələbə qazanan "Neftçi" seriyada hesabı bərabərləşdirib.

Qeyd edək ki, seriyanın 5-ci qarşılaşması mayın 11-də baş tutacaq.

Azərbaycan Basketbol Liqası

Final, 4-cü oyun

8 may

19:00. “Neftçi” - “Sabah” - 84:66 (20:12, 22:16, 18:16, 24:22)

Bakı İdman Sarayı

Seriyada hesab – 1:2



Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
0
10
bizim.media

10Источники