
Yaponiya avtomobil istehsalçısı “Toyota Motor” 2025-ci maliyyə ilində (31 mart 2026-cı il tarixinə qədər) xalis mənfəətin ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflər səbəbindən 34,9% azalacağını gözləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi maliyyə proqnozunda deyilir.
Şirkət xalis mənfəətini 3,1 trilyon yen (cari məzənnə ilə təxminən 21,6 milyard dollar) təşkil edəcəyini proqnozlaşdırır ki, bu da əvvəlki illə müqayisədə 34,9 faiz azalıb. Eyni zamanda, əməliyyat mənfəəti 20,8% azalaraq 3,9 trilyon yen (27,1 milyard dollar) təşkil edəcək.
Qeyd edək ki, ABŞ “Toyota”nın bütün xarici satışlarının təxminən 20%-ni təşkil edir.