RU

Yeni Papanın kimliyi məlum olub - VİDEO - YENİLƏNİB

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

APA BBC-yə istinadən xəbər verir ki, 267-ci Papanın ABŞ-dan olan Robert Francis Prevost olduğu məlum olub.

Qeyd edək ki, o, ABŞ-dan seçilən ilk Papadır.

***

20:20

Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.

APA xəbər verir ki, Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxıb.

Qaydalara görə ağ tüstü yeni papanın seçildiyini bildirir. Kardinallar namizədlərdən birinə səslərin üçdə ikisindən çoxunu veriblər. Yeni Papanın kim olduğu hələlik məlum deyil.

Qeyd edək ki, seçilmək üçün yaşı 80-dən aşağı olan 133 iştirakçıdan biri səslərin üçdə ikisini (89 səs) toplamalıdır.

Yeni
Избранный
0
1
apa.az

10Источники