9-11 may tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.