RU

Azər Badamov: “Heydər Əliyev bütün azərbaycanlıların qürur mənbəyi, iftixarıdır”

Yazını böyüt
Yazını kiçilt

“Bir gündən sonra Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur. Milli Məclis olduqca düzgün addım ataraq ən böyük azərbaycanlımız, ən böyük sərvətimiz olan bu dahi şəxsiyyətin 102 illiyi ilə əlaqədar olaraq xüsusi iclas keçirir. Ümummilli Liderimiz Heydər Əliyev nəinki müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir, bütün azərbaycanlıların qürur mənbəyi, iftixarıdır”.

Hafta.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən xüsusi iclasında qeyd edb.
A.Badamov bildirib ki, Azərbaycan necə Heydər Əliyevin əsəridirsə, Konstitusiyamız da Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, xalqı bütöv amal uğrunda ətrafında toplamağı bacaran dahi şəxsiyyətin adı ilə bağlıdır.
“Konstitusiyamız ölkəmizin demokratik inkişaf yolu ilə irəliləməsində strateji yol xəritəsidir. Məhz bu sənəd özündə hüquqi dövlətçiliyin əsaslarını ehtiva etməklə insan haqları sahəsində qabaqcıl dünya təcrübəsini də tam əhatə edir”-deputat deyib.
A.Badamov bildirib ki, 44 günlük Vətən müharibəsində hərbi, diplomatik və informasiya cəbhəsində əldə etdiyimiz uğurların məhək daşı məhz Ulu Öndərimiz tərəfindən qoyulub.

“Heydər Əliyev siyasi irsini və həyat missiyasını cənab Prezident İlham Əliyevə ötürməklə adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş, zamanın fövqündə dayanmağı bacarmış dahi şəxsiyyətdir. Ata vəsiyyətini icra etmək üçün çətin və məşəqqətli bir yola çıxan Müzəffər Ali Baş Komandanımız bu gün Azərbaycan xalqını nəinki dünyada qalib xalq kimi tanıdır, eyni zamanda regionun siyasi olduğu qədər, iqtisadi xəritəsini də yenidən cızır. Qədirbilən xalqımız müasir Azərbaycan dövlətinin və onun inkişaf konsepsiyasının memarı olan Ümummilli Lider Heydər Əliyevin hər ildönümünü Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında, ən ucqar nöqtələrində belə böyük coşqu ilə qeyd etməsi, xalqımızın öz xilaskarına, ümummilli və ümumbəşəri liderinə verdiyi tam əsaslı dəyərdir. Ömrünü xalqa fəda edən bu dahiyə xalq özü Ümummilli Lider statusunu (titulunu) verməklə onun ideallarını özünün əbədi məşəlinə çevirib.

Heydər Əliyev hətta ən çətin dönəmlərdə belə Azərbaycan xalqının milli maraqları naminə atdığı addımlarla, keçdiyi keşməkeşli həyat yolu ilə Vətənə, xalqa sonsuz sevginin, torpağa sədaqətlə bağlılığın əyani nümunəsini yaratmağı bacardı. Buna görə də Heydər Əliyevin ömür yolu və taleyi yalnız bir şəxsin deyil, bütün və bütöv Azərbaycan xalqının yolu və taleyidir”-deputat bildirib.

Избранный
0
2
hafta.az

3Источники