RU

Putin Kadırovun istefa istəyinə belə cavab verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə dünən, mayın 7-də baş tutan görüşü məhsuldar adlandırıb.

Onun sözlərinə görə, Prezident Kadırovun mümkün istefası ilə bağlı məsələyə də toxunub.

Buna cavab olaraq Putin deyib ki, onun və Çeçenistan rəhbərinin “hələ çox işi var”.

Turkustan.az Modern.az-a istinadənxəbər verir ki, Kadırov "Telegram"-da dünənki görüşlə bağlı açıqlama yerləşdirib.

"Vladimir Vladimiroviç, İnternetdəki son müzakirələri şərh edərək, Mark Tvenin məşhur sözlərindən sitat gətirdi: "Ölümüm barədə xəbərlər çox şişirdilib". O, əlavə etdi ki, hələ bizim çox işimiz var, mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm”, - deyə Kadırov qeyd edib.

Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. Onun istefasının mümkünlüyü bu həftə verdiyi müsahibədən sonra müzakirə olunub.

Kadırovun sözlərinə görə, dəfələrlə tutduğu vəzifədən azad edilməsini xahiş edib.

Ramzan Kadırov daha sonra açıqlamasına əlavə edib ki, o, postunu tərk etmək qərarına təkbaşına gələ bilməz.

Избранный
0
22
turkustan.az

10Источники