AZ

Kadırov istefa verməkdən imtina etdi - YENİLƏNİB

Vladimir Putinlə görüş məhsuldar keçdi.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Kadırov həmçinin istefası ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

"Görüşün sonunda Vladimir Vladimiroviç internetdə yayılan son fikirləri şərh edərkən yenidən Mark Tvenin məşhur sözlərini sitat gətirdi: "Ölümüm haqda xəbərlər xeyli şişirdilib". O əlavə etdi ki, hələ çox işləməliyik. Ali Baş Komandanın əmrini yerinə yetirirəm!"

21:18
2025.05.07

Çeçenistanın başçısı Ramzan Kadırov özünün mümkün istefası barədə danışıb.

O, Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı bu məsələni qaldıracağını söyləyib:

"Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Tezliklə seçki olacaq. Biz hər şey etdik, hər şeyi qurduq. Bir şey olarsa, kimdəsə müəyyən problemlər olarsa, qayıdacağıq! Bir daha deyirəm: qərarı mən vermirəm" , - deyə o diqqətə çatdırıb.

Xatırladaq ki, mayın 5-də R.Kadırov yerli xəbər agentliyinə müsahibəsində prezidentdən onu tutduğu vəzifədən azad etməyi xahiş etdiyini bildirmişdi.

---------------
2025.05.06

Çeçenistan rəhbəri Ramzan Kadırov vəzifəsini tərk etmək niyyətindədir.

Bunu "Çeçnya seqodnya" agentliyinə R.Kadırov özü açıqlayıb. 

Bildirilib ki, Çeçenistan rəhbəri bununla da istefaya yollana biləcəyi ilə bağlı yayılan şayiələri şərh edib:

"Özüm xahiş edirəm ki, məni vəzifəmdən azad etsinlər. Yeni şəxsin öz təşəbbüsləri, öz nəzər nöqteyi olacaq. Ümid edirəm ki, mənim xahişimi dəstəkləyəcəklər".

Bununla belə, Kadırov vəzifəsindən azad edilməsi ilə bağlı məhz kimə müraciət etdiyini qeyd etməyib.

 

Seçilən
0
22
7news.az

10Mənbələr