PSJ-nin qapıçısı Canluici Donnarumma gələcəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, müqaviləsi gələn ilin yayında başa çatan italyan qolkiper Paris klubunda qalmaq istədiyini bildirib:
"Mənim klubla daha bir illik müqaviləm var. PSJ qalmağımı istəsə, qalacağam. Sadəcə yeni müqavilə imzalamalıyıq. Amma bu, klubdan asılıdır".
Qeyd edək ki, Canluici Donnaruma 2021-ci ilin yayından PSJ-də çıxış edir. 26 yaşlı qapıçı bu mövsüm Paris təmsilçisinin heyətində 36 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi