Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda “teleqraf.az”a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
“Atam iki gündür ki, Mərkəzi Klinikaya yerləşdirilib. Səhhətində kiçik problem yaranıb. İnşallah, bir neçə günə xəstəxanadan evə buraxılacaq”, - deyə Y. Babayev bildirib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта