RU

5 min qarışqa ilə tutuldular: İki gənc cərimələndi

Keniyada 5 min qarışqa ilə tutulan iki Belçika vətəndaşı vəhşi təbiət qanunlarını pozduqları üçün cərimələnib.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Keniyanın Nakuru bölgəsində keçirilən əməliyyatda 19 yaşlı Belçika vətəndaşları Lornoy David və Seppe Lodevikx saxlanılıb.

Nakuru məhkəməsi tərəfindən 7700 dollar cərimələnən ikili 5 min qarışqanı hobbi olaraq yığdıqlarını iddia ediblər. Toplanan qarışqalar arasında vətəni Şərqi Afrikadan olan və yüksək ekoloji dəyərə malik olan "messor sefalotes" növü də olub.

Mütəxəssislər xəbərdarlıq edir ki, qarışqaların təbii yaşayış yerlərindən çıxarılması yerli ekosistemə mənfi təsir göstərə bilər.

Избранный
0
publika.az

1Источники