RU

AİB Bakı metropolitenində yeni yaranan sahələrin inkişafına təkan verəcək

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnkişaf Bankının (AİB) Yeni yaranan sahələr üzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

News24.az xəbər verir ki, görüş Bakı metropoliteninin fəaliyyətində yeni yaranan sahələrin inkişaf perspektivlərinin müzakirəsi və birgə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə keçirilib.

Müzakirələr zamanı enerji səmərəliliyinin təmin edilməsi, metropoliten infrastrukturunun effektiv istismarı, mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt  və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanın hazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamət müəyyənləşdirilib.

Görüşdə, həmçinin atılacaq mərhələli addımların razılaşdırılması aparılıb. Həyata keçiriləcək tədbirlər Bakı metropoliteninin beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırması və tətbiqindən ibarət olacaq.

Qeyd edək ki, 2025-ci ilin sonunadək bir neçə istiqamət üzrə birgə səmərəli fəaliyyətə başlanılması nəzərdə tutulur.

Избранный
0
13
news24.az

10Источники