RU

Həm dadlı, həm də faydalı: qayısı niyə hər gün yeyilməlidir?

Qayısı az kalorili və qidalı meyvə olmaqla, həzm sistemini dəstəkləyir, dəri və göz sağlamlığını qoruyur, ürək-damar sisteminə müsbət təsir göstərir. Liflə zəngin olması sayəsində qəbizliyin qarşısını alır, aşağı qlisemik indeksə sahib olduğu üçün qan şəkərini tarazlayır. 


Pravda.az bildirir ki, təzə və ya qurudulmuş formada istehlak edilən qayısı immun sistemini gücləndirir. Qayısı suyu və mürəbbəsi də faydalı alternativlərdir, lakin tərkibindəki şəkər səbəbilə ölçülü şəkildə istifadə olunmalıdır.


Qayısı az kalori və yüksək lif tərkibi ilə sağlam qəlyanaltı kimi seçilir. Beta-karotenlə zəngin olan bu meyvə göz sağlamlığını qoruyur, C vitamini ilə immun sistemini gücləndirir. Kalium sayəsində ürək sağlamlığını dəstəkləyir və təzyiqi tənzimləyir. Həzm sistemini nizamlayır və toxluq hissi yaradır. Dəmir baxımından da zəngin olan qayısı enerji səviyyəsini artırır. Tərkibindəki maqnezium və kalsium əzələ və sümük sağlamlığını gücləndirir. Qayısı balanslı qidalanmanın əvəzsiz hissəsi olan, az kalorili və faydalı bir meyvədir.

 

Qayısı sağlamlıq üçün hansı faydaları təqdim edir?


Vitamin və mineral baxımından zəngin olan qayısı, immun sistemini gücləndirməkdən tutmuş həzm sistemini dəstəkləməyə qədər geniş təsir sahəsinə malikdir. Tərkibindəki antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyaraq qocalma əlamətlərini gecikdirir. Eyni zamanda qayısı ürək-damar, göz sağlamlığı və qan şəkərinin tənzimlənməsi baxımından da mühüm rol oynayır. Həm təzə, həm də qurudulmuş formada istehlak edilə bilər.

 

Qayısının əsas faydaları

 

Həzm sisteminə müsbət təsiri

Dəri sağlamlığını dəstəkləməsi

Göz sağlamlığı və antioksidant təsiri

Ürək və damar sağlamlığını qoruması

Qan şəkərini tənzimləməsi

Həzm sisteminə töhfələri


Qayısının liflə zəngin olması bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır. Həmçinin bağırsaq florasının balansını qoruyaraq uzunmüddətli sağlamlığa töhfə verir və kolon xərçəngi riskini azaldır.

 

Dəri sağlamlığını dəstəkləməsi

 

A və E vitaminləri ilə zəngin olan qayısı dəri hüceyrələrinin yenilənməsinə kömək edir, dərinin nəmini qoruyur və elastikliyini artırır. Tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq dəri zədələnməsini azaldır və qocalma prosesini gecikdirir. Qayısı yağı dərini nəmləndirərək quruluğa qarşı effektiv bir vasitədir.

 

Göz sağlamlığı və antioksidant təsiri

 

A vitamini ilə zəngin qayısı gecə korluğunun qarşısını alır. Beta-karoten və lutein kimi antioksidantlar yaşa bağlı makula degenerasiyası və katarakta qarşı qoruma təmin edir. Müntəzəm qayısı istehlakı gözlərin uzunmüddətli sağlamlığını dəstəkləyə bilər.

 

Ürək və damar sağlamlığını qoruması

 

Kalium və antioksidantlarla zəngin qayısı qan təzyiqini tənzimləyərək infarkt və iflic riskini azaldır. Arteriyaların sərtləşməsinin və xolesterol səviyyəsinin qarşısını almaqda da təsirlidir. Aşağı natrium tərkibi təzyiqin stabil qalmasına kömək edir.

 

Qan şəkərini tənzimləməyə kömək etməsi

 

Qayısının aşağı qlisemik indeksi və liflə zəngin tərkibi qan şəkərinin ani dəyişmələrinin qarşısını alır və diabet riskini azaldır. Təbii şəkərlər isə orqanizmə enerji verir və şəkər səviyyəsini sabit saxlamağa yardım edir. Bu səbəbdən qayısı, diabet xəstələri üçün də uyğun ara qida seçimidir.

 

Qayısı necə istehlak olunmalıdır?

 

Qayısı müxtəlif formalarda istifadə edilə bilər. Həm təzə, həm də qurudulmuş şəkildə istehlakı yayğındır və sağlamlıq baxımından çoxsaylı faydalar təqdim edir.

 

Təzə və quru qayısı istehlakı

 

Təzə qayısı C vitamini, kalium və liflə zəngindir. Həzm sisteminə rahatlıq verir və immuniteti gücləndirir. Təkbaşına yeyilə bilər, salatlara əlavə edilə və ya qatıqla qarışdırılıb sağlam ara qida kimi istifadə oluna bilər. Xüsusilə həzm problemi yaşayanlar üçün ideal bir seçimdir.

 

Quru qayısı isə ilboyu istifadə oluna bilən, praktiki və faydalı bir alternativdir. Təbii şəkər tərkibi yüksək olduğu üçün enerji verir, lakin kalorisi də yüksəkdir – buna görə də ölçülü istifadəsi tövsiyə olunur. Bağırsaq fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını alır. Dəmir tərkibi ilə anemiya riskini də azaldır.

 

Qayısı suyu və qayısı mürəbbəsi


Sağlam içki alternativi axtaranlar üçün qayısı suyu yaxşı bir seçimdir. C vitamini və kaliumla zəngindir, enerji verir və hüceyrə yenilənməsini dəstəkləyir. Lakin yüksək şəkər tərkibi olduğuna görə ev şəraitində hazırlanaraq şəkərsiz istehlakı daha faydalıdır. Hazır qayısı sularında əlavə şəkər olduğu üçün təbii alternativlərə üstünlük verilməlidir.

 

Qayısı mürəbbəsi isə süfrələrin vazkeçilməzidir – həm dadlı, həm də vitamin və mineral baxımından zəngindir. Ancaq şəkər tərkibinin yüksək olması səbəbilə ölçülü istehlak olunmalıdır. Daha sağlam seçim üçün az şəkərli, evdə hazırlanmış qayısı mürəbbəsinə üstünlük verilməsi tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 8 May 2025, 12:56   
Избранный
0
pravda.az

1Источники