RU

Tahir Kərimli: “Silinən zolaqlara görə sürücülər cərimələnməmlidirlər”

“Avtomobil yollarında zolaqlar elə çəkilməlidir ki, xətlər yağış suyu və ya maşınların təkəri ilə təmasda silinməsin, uzunömürlü olsun. Ona görə də keyfiyyətli çəkilməlidir. Silinən zolaqlar ucbatından sürücülər cərimələnməmlidirlər. Burada qayda pozuntusu sürücünün təqsiri deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

“Sürücü haradan bilsin ki, yolda zolaq var? Gözə görünmür, hiss olunmur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi buna görə məsuliyyət daşımalıdır, çünki zolaqlara görə yüz manat cərimə nəzərdə tutulur. Sosial şəbəkələrdə avtomobil yollarındakı zolaqlarla bağlı şikayətlərə mən də çox rast gəlirəm. Məsələn, bizim evin qarşısında avtobus zolağı var, heç avtobuslar o zolaqla getmir. Sürücülər deyirlər ki, biz yolun başında dönə bilmirik. Keçib maşınların yolu ilə gedirlər, avtobus zolağı bom-boş qalır. Əvəzində isə sərnişinlər əlverişli yerdə düşə bilmirlər, əllərində yük uzaq məsafə qət edirlər. Avtobus zolağından ya polis maşını keçir, ya kuryer işləyən velosipedlər. Mənasız zolaqlar çəkilib. Biz bu barədə o qədər danışmışıq ki. Hərəkətsiz velosiped zolaqları yolun yarısını tutur. Hərəkət zonasında ödənişli parkinqlər təşkil edirlər. Ağıllarına nə gəldi, edirlər. Bu, bütün vətəndaşların ziyanınadır”, - T.Kərimli bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 8 May 2025, 12:59   
Избранный
0
2
pravda.az

3Источники