RU

Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyət sürətləndi – Deputat

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanrəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadihəyatı, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüşyarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsindəictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkəiqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin“Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli LiderHeydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Ümummilli lider yenidənhakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375milyon manat idi:

“2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manataqədər yüksəldi. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırdagəlirlərimiz 38 milyard manatdan çoxdur. Ölkə iqtisadiyyatı 1995-ciildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərindepressiyanın sonu oldu”.

Deputat vurğulayıb ki, hazırda Azərbaycan tarixinin ən şanlıgünləri və ən parlaq səhifələri yaşanır:

“Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazibütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir. Bütünbunlar Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxalq arenadaböyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətliqərarlar sayəsində mümkün oldu”.

Parlamentari əlavə edib ki, işğaldan azad olunan bütün digərərazilər kimi Füzuli rayonu da Prezident İlham Əliyevin rəhbərliyialtında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub.

“Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurunbərpasına 18 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycanişğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarınabərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindənQarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılmasınəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140min vətəndaşımız məskunlaşacaq”, - deyə V.Bayramov fikriniyekunlaşdırıb.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники