RU

Sumqayıtda baş verən partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - Yenilənib

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin son durumu məlum olub. ..

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sumqayıtda baş verən partlayış səbəbilə mayın 7-də saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. 

***

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
0
2
poliqon.info

10Источники