RU

AFFA-dan “Şəfa” və “Şahdağ Qusar”la bağlı QƏRAR

Azərbaycan çempionatının II Liqasının liderləri “Şəfa” və “Şahdağ Qusar” arasında matçda baş verənlər AFFA-da müzakirə olunub.

İdman.biz xəbər verir ki, qurumun İntizam Komitəsi XXIV turun mərkəzi qarşılaşması ilə bağlı müvafiq qərarlar verib.

4 futbolçusu sarı vərəqə alan “Şəfa” 70 manat cərimələnib. Matçın ilk hissəsi və ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” 80 manat cərimə olunub. Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat xərcə düşüb.

“Şahdağ Qusar” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 80 manat ödəməli olacaq. Qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şahdağ Qusar”150 manat cərimə olunub. Qusar təmsilçisinin azarkeşləri tərəfindən stadiona vurulmuş zərər klub tərəfindən ödəniləcək.

İdman.biz

Избранный
0
1
idman.biz

2Источники