RU

Medvedev Avropanı Hitlerin taleyini xatırlamağaçağırdı

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa ölkələrini nasist Almaniyasının və Adolf Hitlerin taleyini unutmamağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində Kuba prezidenti Migel Dias-Kanellə görüşünə dair paylaşımında bildirib.

Medvedev qeyd edib: “Biz dostların faşist Almaniyasının sarsıdıcı məğlubiyyətinin 80-ci ildönümünü qeyd etmək üçün bizə qoşulduğunu görməkdən məmnunuq. Bugünkü tif xəstəliyinə tutulmuş neonasist bitlərinə kömək edən avropalı qucaq itləri bunu xatırlamalıdırlar”.

Qeyd edək ki, Kuba Prezidenti Migel Dias-Kanel Bermudes mayın 4-də Rusiyaya səfər edib. Onun səfəri Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə təsadüf edir.

Aytəkin TOFİQQIZI

Избранный
0
1
redaktor.az

2Источники