Avropa faşist Almaniyasının və Üçüncü Reyxin füreri Adolf Hitlerin taleyini xatırlamalıdır.
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" sosial şəbəkəsində Kuba prezidenti Miqel Dias-Kanel Bermudes ilə görüşün kadrlarını şərh edərkən bildirib.
"Biz dostların faşist Almaniyasının sarsıdıcı məğlubiyyətinin 80-ci ildönümünü qeyd etmək üçün bizə qoşulduğunu görməkdən məmnunuq. Bugünkü tif xəstəliyinə tutulmuş neonasist bitlərinə kömək edən avropalı qucaq itləri bunu xatırlamalıdırlar".
Qeyd edək ki, Kuba prezidenti Miqel Dias-Kanel Bermudes mayın 4-də Rusiyaya səfər edib. Onun rəsmi səfəri Qələbənin 80-ci ildönümünə təsadüf edir.