UEFA yarımfinal mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına iki iddiaçının adını açıqlayıb.
Publika.az xəbər verir ki, bu futbolçular PSJ-nin müdafiəçisi Əşrəf Hakimi və “İnter”in qapıçısı Yann Sommerdir.
Hakimi "Arsenal" üzərində 2:1 hesablı qələbədə bir qol vurub, Sommer isə möhtəşəm qurtarışlarına görə "Barselona" ilə matçın (4-3) ən yaxşı oyunçu seçilib.