RU

Hər tinbaşı aptek - “Dərman biznesinə kommersiya baxışı ilə yanaşılır, gəlir mənbəyi kimi baxılır”

Bu gün, 10:01

Həkimlər deyir ki, dünya təcrübəsi öyrənilməli, bu sahəyə pul mənbəyi kimi baxılmamalıdır
“Bu gün ölkədə apteklərin sayı normadan çoxdur. Bunu istənilən şəxs müşahidə edə bilər. Hətta elə yerlər var ki, bir binanın aşağı mərtəbəsində 3-4 əczaxana var. Apteklərin sayı artsa da, ortada rəqabət yoxdur. Apteklərin sayının çoxluğu məsələsi Milli Məclisdə də müzakirə olunub”.
ƏHLİMAN ƏMİRASLANOV - 77 - AZƏRBAYCAN RESPUBLİKASI AĞSAQQALLAR ŞURASI
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, aptek bolluğu ciddi problemlər yaradır: “Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur”.
Ə.Əmiraslanovun qaldırdığı məlum məsələ ekspertləri də düşündürür. Onlar da bu gün Bakı şəhərində apteklərin sayının normadan çox olduğunu hesab edir. Onu da qeyd edək ki, apteklərdə çalışanların peşəkarlıq səviyyəsi tam deyil. Hətta dəfələrlə sosial şəbəkələrdə insanlar çox zaman əczaçılardan şikayətlənir. Əsas şikayətlər adətən dərmanları tanımamaq, səhv dərmanlar vermək, həkimin yazdığı resepti düzgün oxumamaq və sairlə bağlıdır.
Ölkədə hər addımbaşı bir aptek olmasının səbəbi nədir? Bu, əhalinin sağlamlığı ilə bağlıdır, tələbat çoxdur, yoxsa rahat biznes yoludur? Deputatın qaldırdığı problemi necə tənzimləmək olar?
Qızılca nədir və onunla necə mübarizə aparmalıyıq? – REPORTAJ - FüyuzatJurnalı
Aydın Əliyev
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verib: “Bu gün Azərbaycanda apteklərin sayı normadan çoxdur. Bunun çox səbəbi var. Təəssüf ki, Azərbaycanda geniş miqyasda dərman biznesinə kommersiya baxışı ilə yanaşılır. Yəni buna biznes, gəlir mənbəyi kimi baxılır. Müəyyən dərəcədə bu lazımdır. Amma apteklərin insan sağlamlığında, cəmiyyətin maarifləndirilməsində nə qədər önəmli rol oynadığını gərək başa düşək. Yəni hər şeyə pul qazanmaq baxımından yanaşmaq düzgün deyil. Əvvəlcə insanların sağlamlığını qorumaq lazımdır. Keyfiyyətli dərman və qida vasitələri gətirmək vacibdir. Keyfiyyətsiz məhsullar ölkəyə buraxılmamalıdır. Yaxud da, o biznesin özündə də bir halallıq olmalıdır. Hər hansı bir dərmanın real dəyəri, qiyməti var”.
Farmakoloq əlavə edib ki, ölkəmizdə dərman zavodları açıldıqca bir çox məsələlər həll olunacaq: “Prezidentimiz bu sahəyə dəstək verib, bir-iki zavodumuz var, daha böyük, dərman istehsal edən zavodlarımız açıldıqca bu problemlərin böyük hissəsi həll olunacaq, camaatın və sahəmizin xeyrinə olacaq. Azərbaycanın böyük fauna və flora aləmi var. O cümlədən sintetik maddələri öyrənmək üzrə bizim kimya, fizika, riyaziyyat institutlarımız və digər sahələrdə yüksək səviyyəli alimlərimiz var. Azərbaycanda, nəhayət, farmakologiya elmi-tədqiqat institutu yaradılmalıdır ki, alimlər bu sahəni öyrənsinlər və əldə etdikləri biliklər zavodlarda istehsala tətbiq olunsun. Bu, böyük problemdir. Lakin bu məsələlər tədricən həll olunduqca, ümumi problemlər də aradan qalxacaq”.
Adil Qeybulla istefa verdi Pravda.az
Adil Qeybulla
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Sovet dövründə belə deyildi. Apteklərin paylanması prinsipi var idi - əhali sayına görə. Ayrı-ayrı rayonlarda əhali sıxlığına görə apteklərin sayı müəyyən edilirdi. Amma hazırda bir-birinin yanında bir neçə aptek müşahidə edilir. Bunlar bir dövr təcrübə oldu və keçdi. Amma artıq bunlar qaydaya salınmalıdır, həmçinin dünya təcrübəsi nəzərə alınmalıdır. Dünya təcrübəsində apteklərin işləmə prinsipi tamamilə başqadır. Apteklərin sayı həm tələbatdan, həm də bölgüdən asılıdır. Apteklər özəl mülkiyyətdədir - dünyanın əksər ölkələrində belədir. Lakin onlar sığorta prosesinə cəlb olunur. Yəni mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələri tibbin qanunu ilə işləməlidir. İcbari tibbi sığorta sistemi ortaya çıxdığına görə, orada kimə gəldi, nə dərman gəldi, satılmır. Orada dərmanlar yalnız resept əsasında verilir və bu, qeydiyyata alınır. Çünki dərmanların satışı prosesi çox vaxt ambulator xəstələr üçün pulsuz, yəni  dərmanlar kateqoriyasına aid olduğuna görə reseptlərin qeydiyyatı aparılmalıdır. Bu, maliyyə məsələsidir. Apteklərin normal işləməsi üçün - sıxlıq məsələsi qaydaya salındıqdan sonra onların icbari tibbi sığortaya cəlb olunması nəzarəti həyata keçirilməlidir  ki, apteklərin fəaliyyəti təmin oluna bilsin. Bunlar hamısı vacib məsələlərdir”.
Həkim əlavə edib ki, əslində bazar iqtisadiyyatına keçdikcə, icbari tibbi sığorta və özəl tibb sektoru mövcud olduqca, apteklərlə bağlı məsələlərə yeni formatda yanaşmalıyıq: "Bu baxımdan da bu cür tələblər ortaya çıxır və müzakirələr aparılır. Mən düşünürəm ki, Milli Məclisdə hər hansı bir qərar qəbul olunarkən, yəqin ki, beynəlxalq təcrübə birinci növbədə əsas götürülməlidir. Əslində biz hansı bir ölkənin ən yaxşı təcrübəsini - yaxşı olar ki, qardaş Türkiyə modelini tətbiq edək, səhiyyəmizi bu şəkildə inkişaf etdirməliyik və gələcəkdə inteqrasiya üçün imkanlar yaradılmalıdır".
Dünya təcrübəsindən danışırıqsa, apteklərin yerləşdirilməsi məsələsində Almaniyada əhalinin sayı və məsafə əsas meyar sayılır. Eyni bölgədə müəyyən saydan artıq aptek açmaq olmaz.
Fransada “2300 nəfərə 1 aptek” prinsipi tətbiq olunur. Yeni aptek açmaq üçün icazə almaq çox çətindir.
Türkiyədə 3500 nəfərə 1 aptek norması var və yeni aptek açmaq üçün ərazi planlamasına əsaslanan sistem mövcuddur.
İsveç və Norveçdə aptek sektorunun bir hissəsi dövlətə məxsusdur və ciddi nəzarət altındadır.
Ekspertlər qeyd edir ki, Azərbaycanda da aptek açılışına kvotalar qoyulmalı, məsafə və əhali sayı nəzərə alınmalıdır. Əczaçıların sertifikatlaşdırılması və peşə bacarıqlarının yoxlanılması mütləq sistem halına salınmalıdır. İcbari tibbi sığorta sistemi ilə uyğunlaşdırılmış dərman dövriyyəsi və elektron resept sistemi tətbiq edilməlidir. Əczaçılıq sahəsində dövlət nəzarəti gücləndirilməli, keyfiyyətli dərman təminatı və xidmət mədəniyyəti inkişaf etdirilməlidir.
ETSN-də böyük oyun: İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının ətraf mühütə vurduqları ziyanın fəsadları » www.REPORTOR.tv

Избранный
0
1
Reportyor.tv

2Источники